Bu ölkədə Qarabağ parkı AÇILACAQ
Gündəm
18:54 27 iyn, 2022
Parkın açılışı iyunun 30-da olacaq

İyunun 30-da Türkiyənin Batman şəhərində Qarabağ parkı açılışı olacaq.
Qazet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Azərbaycanın Qarabağ Zəfərinə həsr olunan parkın sahəsi 15 397 m² təşkil edir.
Azərbaycan mədəniyyətinin izlərini daşıyan parkın açılışında xalq artisti Azərin “Çırpınırdın, Qara dəniz” ifası ilə çıxış edəcək. Açılışa Batman bələdiyyəsi rəsmiləri və Azərbaycan nümayəndələri qatılacaq.
