Bakı 4˚C Windy

Bu ölkədə uşaqlar arasında “pomidor qripi” yayıldı

Xəbərlər 23:54 22 avq, 2022
Bu ölkədə uşaqlar arasında “pomidor qripi” yayıldı

Hindistanda 82 uşaqda “pomidor qripi” aşkarlanıb.

Qazet.az xəbər verir ki, “The Lancet” jurnalının dərc etdiyi hesabatda, yoluxmanın ilk dəfə Hindistanın Kerala əyalətinin Kollam şəhərində görüldüyü paylaşılıb.

Hesabatda virusun vilayətin Ançal, Aryankavu və Neduvathur rayonlarında 5 yaşdan kiçik uşaqlarda müşahidə edildiyinə dair məlumatlar yer alıb.

Bundan başqa, Odişa ştatında 1-9 yaşlı 26 uşaqda infeksiya aşkarlanıb və yoluxma sayı 82-yə çatıb.

Mütəxəssislər virusun çox asanlıqla yayıldığı barədə xəbərdarlıq ediblər.

Adını dəridəki qırmızı qabarcıqlardan alan “pomidor qripi” qızartı, yüksək hərarət və oynaq ağrılarına səbəb olur.

Hələlik xəstəliyin müalicə üsulunun olmadığı bildirilir.