Bu ölkələr Ukraynaya 450 milyon avroluq hərbi yardım göndərdi
Xəbərlər
01:22 31 avq, 2022
Litva və Latviya Ukraynaya 450 milyon avro dəyərində hərbi yardım göndərib.
Qazet.az xəbər verir ki, bu barədə hər iki ölkənin müdafiə nazirlikləri bəyanat yayıb.
Litvanın müdafiə naziri Arvydas Anusauskas bildirib ki, gələn həftə Almaniyanın Ramşteyn aviabazasında donor ölkələrin görüşündən sonra Ukraynaya hərbi yardım daha çox olacaq.