Bakı 4˚C Mostly cloudy

Bu qanun layihəsi qəbul edilib

Siyasət 13:22 25 noy, 2022
Bu qanun layihəsi qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun (DSMF) 2023-cü il büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Qazet.az-ın xəbərinə görə, layihədə növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat məbləğində nəzərdə tutulub.

Gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq II oxunuşda qəbul olunub.