Bakı 6˚C Dreary

Bu qidalar mədədə xəstəliklər yaradır

Cəmiyyət 05:32 07 noy, 2021

Uşaqlar daha çox fəst-fudla qidalanırlar

Bu qidalar mədədə xəstəliklər yaradır

Son 10 ildə uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin sayı artıb.

Qazet.az Trend-ə istinadən bildirir ki, bunu qastroenteroloq endoskopist Günay Əsədova deyib.

O bildirib ki, bu xəstəliklərin başlıca səbəbi qidalanmadır:

"Belə ki, şəhər və rayonlarda qidalanmada fərq var. Şəhər yerlərində uşaqlar daha çox fəst-fudla qidalanırlar. Qənaətbəxş olmayan qida vərdişləri mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur. Kəndlərdə isə şəhərə nisbətən gigiyenik qaydalara az riayət edildiyindən xəstəlik geniş yayılır. Xəstəliyə rəvac verən amillərdən biri də GMO - (genetik modifikasiya olunmuş orqanizm) məhsullarıdır. Buna görə də yediyimiz qidalara xüsusi önəm verməliyik".