Bakı 7˚C Intermittent clouds

"Bu qış dünyanı böyük iqtisadi böhran gözləyir" - XƏBƏRDARLIQ

Biznes 12:08 05 okt, 2021

Dünya iqtisadiyyatında baş verənlər qış mövsümündə böhrana səbəb olacaq

"Bu qış dünyanı böyük iqtisadi böhran gözləyir" - <span style="color:red">XƏBƏRDARLIQ</span>

Enerji resurslarının bahalaşması və bir çox məhsulların çatdırılması problemi səbəbindən bütün dünyanı bu qış böyük böhran gözləyir.

Qazet.az xəbər verir ki, bu barədə “Blumberq”in yazarı Maykl Uinfri deyib.

O bildirib ki, koronavirus pandemiyası bəşəriyyət üçün böhrana gətirib çıxardı. Belə ki, pandemiyanın mənfi təsirlərindən biri də buğdadan kompüter çiplərinə kimi məhsulların çatdırılmasında yaranan problemdir:

“Britaniyada yanacaqla bağlı kəskin qıtlıq müşahidə edilir. Marketlərin rəfləri sürücü çatışmazlığı səbəbindən boşdur. Problemlər başqa ölkələri də təhdid edir”.

Unfri həmçinin əlavə edir ki, Şimal qütbündə temperatur göstəricilərinin dəyişməsi də müxtəlif bazarlara mənfi təsirini göstərəcək və nəticədə tammiqyaslı böhran başlayacaq.

Mənbə