Bu rayona 250 min manat kredit ayrıldı
Biznes
15:00 26 dek, 2022

İsmayıllı rayonunda istixana və təbii şəraitdə giləmeyvə məhsullarının yetişdirilməsi üçün 250 min manat güzəştli kredit ayrılıb.
Qazet.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Facebook" hesabında yazıb.
"İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən İsmayıllı rayonunda fəaliyyət göstərən sahibkar Pərviz Şaxverdiyevə 250 min manat güzəştli kredit verilib", - nazir qeyd edib.