Bu rayonda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Cəmiyyət
18:44 12 okt, 2022
Ucar rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Qazet.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
“Qaz İxrac” İdarəsinə məxsus “Lək” QPS-in girişin hissəsində quraşdırılmış qurğunun dəyişdirilməsi və digər avadanlıqlarda aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı, 13.10.2022-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Lək” QPS-dən “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir aparılan müddətdə Ucar rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.