Bu rayonlarda qaz kəsiləcək
Gündəm
23:33 22 noy, 2021
Sabah bir sıra ərazilərdə qazın verilişində fasilə yaranacaq.

Sabah bir sıra ərazilərdə qazın verilişində fasilə yaranacaq.
“Qazet.az” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, “Qazıməmməd-Qazax” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan etibarən işlər başa çatanadək İsmayıllı rayonunun tam olaraq (İsmayıllı şəhəri və rayonunun 28 kəndi), Ağsu rayonunun beş kəndi, Göyçay rayonunun isə yeddi kəndinin qaz təchizatında fasilə yaranacaq.