Bu rayonlarımıza qar yağdı
Gündəm
10:18 01 dek, 2022
Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinə qar yağıb.
Qazet.az xəbər verir ki, Qubanın rayon mərkəzində qarın hündürlüyü 1 sm, Xaltan və Qrız kəndlərində 2 sm olub. Xızının Altıağac qəsəbəsində 3 sm, Qusarın rayon mərkəzində isə 1 sm qar müşahidə olunub.
Temperatur mənfi 5 dərəcəyədək enib.