Bakı 22˚C Mostly sunny

Bu robot insanları əvəz edəcək - VİDEO

Biznes 17:11 16 dek, 2021

İnsana bənzəyən Tesla Bot robotları əmək bazarındakı produktivliyi yüksək səviyyəyə qaldıracaq

Bu robot insanları əvəz edəcək<span style="color:red"> - VİDEO</span>

"The Wall Street Journal" tərəfindən keçirilmiş xüsusi tədbirdə çıxış etmiş İlon Mask müxtəlif sahələri əhatə etmiş fikirləri səsləndirib.

Qazet.az "technote"a istinadən xəbər verir ki, Mask robototexnika mövzusuna da toxunub.

O bildirib ki, insana bənzəyən Tesla Bot robotları əmək bazarındakı produktivliyi yüksək səviyyəyə qaldıracaq:
"Bu robotlar insan sivilizasiyasının məhvinə səbəb ola biləcək əhali azalması faktorunu kompensasiya edəcəklər. Proqram təminatı nöqteyi-nəzərdən Tesla artıq robototexnika sahəsinə aid olan şirkətdir. Belə ki, şirkətin elektromobilləri 4 təkərə sahib robotlar rolunda çıxış edirlər və onlar avtomatik şəkildə hərəkət etmək qabiliyyətinə sahibdirlər. Faktiki olaraq insana bənzəyən robotu hazırlamaq üçün sadəcə olaraq yeni növ hərəkət mexanizmlərini yaratmaq və proqram təminatını spesifik tapşırıqlar üçün uyğunlaşdırmaq lazımdır".

Buna baxmayaraq Mask bu cür robotların nə zaman istifadəyə veriləcəyi barəsində dəqiq bir məlumat verməyib.

Qeyd edək ki "Tesla Bot"un təqdimatı zamanı Mask bildirmişdi ki, sözügedən robotun ilk prototipləri artıq 2022-ci ildə hazır ola bilər. Müəyyən müddətdən sonra "Tesla Bot" bir çox sahələrdə insanın əl əməyini əvəz edə bilər. Əmək bazarının produktivliyi dünya iqtisadiyyatının vacib elementi hesab edilir.

Lakin Maskın fikrincə, çox zaman peşəkar mütəxəssislərin sayı həddindən artıq az olur: "Mənim fikrimcə, sivilizasiyanın məhvinə gətirib çıxardacaq əsas faktorlardan biri də əhali sayının azalmasıdır. Əgər insanlar çoxlu sayda uşaqlara sahib olmasalar, insan sivilizasiyası məhv ola bilər".