Bakı 19˚C Sunny

Bu saytlar cərimə olundu: 14 yaşlı qızla bağlı... - FOTO

Cəmiyyət 19:07 21 dek, 2021

Azərbaycanda bir neçə sayt yalan xəbərə görə cərimələnib

Bu saytlar cərimə olundu: <span style="color:red">14 yaşlı qızla bağlı... - FOTO</span>

Bu gün Baş prokrorluq tərəfindən rəsmi məlumat yayıldı ki, intiharı problemlərin həll üsulu qismində təbliğ edən, onu əsaslandıran, təhrik edən, törədilməsi üsullarını izah edən məlumatların qanunsuz olaraq yayımlanmasına görə “olke.az”, “manevr.az” və digər internet informasiya saytları barəsində cari ilin dekabr ayının 18-də inzibati xətalar məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla Sumqayıt şəhər və Nərimanov rayon məhkəmələrinin qərarları ilə hər biri barəsində 1 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq olunub.

Qazet.az məsələ ilə bağlı sözügedən xəbər saytları ilə əlaqə saxlayıb.  “olke.az” açıqlama verməkdən imtina edib.

Baş prokrorluq tərəfindən cərimələnən “manevr.az” saytının rəhbəri Namiq Qaradağlı isə Qazet.az-a açıqlamasında bildirib ki, sözügedən intihar xəbəri “olke.az” saytına istinadən verilib və xəbər oradan əldə olunub. 

“Bir neçə saytda da axtarış etdim: bu xəbəri bir sıra saytlar da verib. Həmçinin KİV-lə bağlı qanunda da var ki, istinadla verilən xəbərdə heç bir məsuliyyət yoxdur. Burada ancaq bizim texniki məsuliyyətsizliyimiz olub. Həmçinin diqqətinizə çatdırım ki, açıqlamanı “olke.az” saytına məktəbin direktoru verib. Burada məsuliyyətə cəlb olunma varsa, birinci məktəb direktor məsuliyyətə cəlb olunmalıdır”. 

“olke.az”ın yaydığı sözügedən xəbər
“ölke.az”ın yaydığı sözügedən xəbər
“manevr.az” saytın yaydığı sözügedən xəbər
“manevr.az” saytının yaydığı sözügedən xəbər