Bakı 24˚C Mostly cloudy

Bu şirkətin İdarə Heyəti təsdiqləndi

Biznes 17:10 21 dek, 2022
Bu şirkətin İdarə Heyəti təsdiqləndi

"Bakı Gəmiqayırma Zavodu" MMC-də İdarə Heyəti (İH) yaradılıb.

Bu barədə Qazet.az-a İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, Agentliyin İH-nin sədri Elşad Nuriyev bundan sonra həm də zavodda İH-nə rəhbərlik edəcək. İndiyə qədər zavodun direktoru olan İmamverdi Həsənov isə İH-nin üzvü kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, "Bakı Gəmiqayırma Zavodu"nun təsis paylarının 70,21%-i Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.