Bakı 19˚C Sunny

Bu uşaq evləri Təhsil Nazirliyinə verilmədi

Gündəm 13:46 24 dek, 2021

Hal-hazırda bağçalarda təhvil-təslim işləri gedir

Bu uşaq evləri Təhsil Nazirliyinə verilmədi

Prezident İlham Əliyevin Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib. 

Qazet.az xəbər verir ki, 2022-ci ilin yanvar ayınadək icra hakimiyyətlərinin tabeliyində olan bağçalar Təhsil Nazirliyiə tam təhvil veriləcək. 

Hazırda Bakı və Gəncə Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri idarələrinin tabeliyində olan bağçalarda təhvil-təslim işləri gedir. 

Cəmi 3 uşaq evi - 1 saylı uşaq evi (Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 66 ünvanında yerləşir), 2 saylı uşaq evi (Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, Massivdə yerləşir) və 3 saylı uşaq evi (Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 12V) Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində qalacaq. 

300-dən artıq bağça isə Təhsil Nazirliyinə veriləcək.