Bakı 16˚C Mostly cloudy

Bu uşaqlara vaksin vurdurulmalıdır - Eyvazov

Cəmiyyət 13:09 21 noy, 2021

"Uşaqlarda hər hansı yanaşı xroniki xəstəlik varsa, ürək, böyrək, şəkər xəstəliyi, artıq çəkidən əziyyət çəkmə ola bilər, belə uşaqlara həqiqətən də peyvənd vurdurmaq tövsiyə olunur

Bu uşaqlara vaksin vurdurulmalıdır <span style="color:red">- Eyvazov</span>

Şagirdlər arasında koronavirusa yoluxmaların artdığı deyilir, amma rəsmi statistikalar göstərir ki, artım yoxdur.

Qazet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Trend-ə açıqlamasında deyib.

O, valideynlərə uşaqlarına peyvənd vurdurmağı tövsiyə edib.

"Uşaqlarda hər hansı yanaşı xroniki xəstəlik varsa, ürək, böyrək, şəkər xəstəliyi, artıq çəkidən əziyyət çəkmə ola bilər, belə uşaqlara həqiqətən də peyvənd vurdurmaq tövsiyə olunur. Çünki təcrübələr göstərir ki, həmin uşaqlar risk qrupundadır və xəstəliyi ağır keçirirlər. Digərlərinə də tövsiyə olunur, ancaq birinci növbətə risk qrupunda olan uşaqlara vaksin vurdurulmalıdır. Valideynlər arasında aparılan maarifləndirmə işi də bu istiqamətdə olmalıdır ki, onlar peyvəndin uşağı üçün lazım olduğunu bilsinlər", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın Səhiyyə Nazirliyi 12 yaşdan yuxarı uşaqların koronavirusa qarşı vaksinasiyasına icazə verib. Uşaqların vaksinasiyası könüllü xarakter daşıyır və tibbi göstərişlər, o cümlədən də hər iki valideynin icazəsi əsasında tətbiq edilir. Müvafiq tibbi göstəriş və hər iki valideynin icazəsi əsasında 12-15 yaşlı uşaqlara mRNT Pfizer ("Comirnaty") vaksininin vurulmasına icazə var.