Büdcə zərfinə daxil olan sənədlər II oxunuşda müzakirə edilib - YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi II oxunuşda qəbul edilib.
Qazet.az-ın xəbərinə görə, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq II oxunuşda qəbul olunub.
***
Milli Məclisin payız sessiyasının bu gün keçirilən növbəti plenar iclasında 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Qazet.az xəbər verir ki, büdcə zərfinə "2023-cü ilin dövlət büdcəsi haqqında”, " 2023-cü il üçün yaşayış minimumu haqqında”, "2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.
İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak edirlər.