Bakı 0˚C Cloudy

Bugün iki rayonun qaz təchizatı dayandırılıb

Gündəm 11:06 30 noy, 2021

Şəki və Goranboy rayonlarında qaz təchizatı dayandırılıb

Bugün iki rayonun qaz təchizatı dayandırılıb

Bu barədə Qazet.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Qaz İxrac idarəsinə məxsus Cəfərabad QPS-də aparılacaq təmir işləri ilə əlaqədar noyabrın 30-da saat 09:00-dan işlər bitənə qədər Şəki rayonuna (Şəki şəhəri və rayonun 30 kəndi) qazın verilişində fasilə olacaq.

Eləcə də Goranboy rayonu ərazisində qaz təchizatı şəbəkəsində Təmiz Qaz QSC tərəfindən aparılan yoxlama zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar olaraq saat 09:00-dan 17:00-dək Goranboy rayonunda yerləşən əhali qrupu üzrə (Goranboy şəhəri və 63 yaşayış məntəqəsi) istehlakçıların qaz təchizatı dayandırılacaq.