Bülənt Ərsoy Hadisə ilə şəkil çəkdirən menecerinə xəbərdarlıq etdi - FOTO
Maraqlı
11:36 28 iyl, 2022
Müğənninin menecerinə bu cür hiddətlənməsi gündəm mövzusuna çevrilib
Türkiyəli məşhur müğənni Bülent Ersoy meneceri Haluk Şentürkün Hadisə ilə səmimi pozasını "qısqanıb".
Qazet.az xəbər verir ki, Şentürkün paylaşımına münasibət bildirən Ersoy, "Hadisəni düşmən elan edə bilərəm. Aranızda 1,5 metr məsafə saxlayın, xəbərdarlıq edirəm" deyib. Divanın sözlərinə cavab verən Hadisə "Düşmənliyiniz belə mükafatdır, amma mesajınız alındı" deyib.
Müğənninin menecerinə bu cür hiddətlənməsi gündəm mövzusuna çevrilib.