Bakı 16˚C Sunny

Bülənt Ərsoyun həyatından film çəkilir - FOTO

Maraqlı 22:17 05 yan, 2023
Bülənt Ərsoyun həyatından film çəkilir - FOTO

Türk klassik musiqisinin Divası Bülənt Ərsoy həyatından bəhs edən filmə imza atıb.

Qazet.az
NTV
-yə istinadən xəbər verir ki, film təklifini qəbul edən Ərsoy həmin anları sosial media hesabında izləyiciləri ilə bölüşüb. Meneceri Haluk Şəntürk və Bergen filminin prodüseri Mine Şengözlə görüşən müğənni layihəyə imza atarkən "Həyatımın imzası" deyə bildirib.

Filmin aktyor heyətində kimin iştirak edəcəyi və Ərsoy obrazını kimin canlandıracağı hələlik məlum deyil.

Qeyd edək ki, yaxın günlərdə çəkilişlərə başlanacağı gözlənilir. 

Bülent Ersoyun həyatı kinoya çevrilir - 1
Bülent Ersoyun həyatı kinoya çevrilir - 2

Qaynaq