Norveç Ukraynaya 195 milyon dollardan çox vəsait ayırdı
Gündəm
17:40 21 noy, 2022
Norveç hökuməti bu qış qaz almaq üçün Ukraynaya 195 milyon dollardan çox vəsait ayırıb.
Qazet.az xəbər verir ki, müvafiq sazişi ölkənin Maliyyə Nazirliyinin rəhbəri Trugve Slagsvoll Vedum imzalayıb.
Bu məqsədlə Ukraynaya iki milyard Norveç kronu (195,2 milyon dollar) veriləcək.
Pul Avropa Yenidənqurma və İnkişaf Bankı vasitəsilə Ukraynaya göndəriləcək.