Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib
İdman
01:15 30 okt, 2022
Oktyabrın 29-da Almaniya Bundesliqasının XII turunun oyunu keçirilib, "Ayntraxt" (Frankfurt) doğma meydanda "Borussiya"nı (Dortmund) qəbul edib.
Qazet.az xəbər verir ki, görüş Frankfurtdakı "Deutsche Bank Park" stadionunda keçirilib.
Görüşün 21-ci dəqiqəsində yarımmüdafiəçi Yulian Brandtın Doniell Malenin ötürməsini dəqiq zərbə ilə başa çatdırmasından sonra qonaqlar hesabda önə keçib. Beş dəqiqə sonra "Ayntraxt" hesabı bərabərləşdirib – Daiti Kamada fərqlənib. 52-ci dəqiqədə ingiltərəli yarımmüdafiəçi Cud Bellinqhem hücumçu Yussouf Mukokonun ötürməsi ilə "Borussiya"nı yenidən hesabda önə çıxarıb. Matçın qalan vaxtında komandalar bir-birinə qol vurmayıb. Görüş "Borussiya"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.