Bundesliqada yeni rekord
İdman
09:15 17 dek, 2021
Virts 18 yaş 7 ay 12 günlüyündə 50 oyun səddinə çatıb. Onadək heç bir gənc oyunçu Bundesliqada buna nail olmayıb.

Almaniya Bundesliqasında yeni rekord qeydə alınıb.
Qazet.az xəbər verir ki, buna "Bayer"in futbolçusu Florian Virts imza atıb. O, yarışın 18-ci turunda "Hoffenhaym"la görüşdə meydana çıxmaqla Bundesliqada oynadığı matçların sayını 50-yə çatdırıb. Beləliklə, yarımmüdafiəçi turnirdə 50 matç keçirən ən gənc futbolçu olub.
Virts 18 yaş 7 ay 12 günlüyündə 50 oyun səddinə çatıb. Onadək heç bir gənc oyunçu Bundesliqada buna nail olmayıb.