Bakı 7˚C Intermittent clouds

"Bura sizin üçün qəbiristanlıq deyil" - Ölən erməni hərbçilərin şəkli götürüldü

Gündəm 16:50 04 okt, 2022
"Bura sizin üçün qəbiristanlıq deyil" - Ölən erməni hərbçilərin şəkli götürüldü

u gün Ermənistanda Təhsil və Mədəniyyət Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib. 

Qazet.az erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazçılar Armavir Regional Kollecinin direktoru Angin Arşakyanın istefasını tələb edir. 

Onun 44 günlük müharibədə ölən erməni hərbçilərin şəkillərini divardan götüzdürərək kollecin qəbiristanlıq olmadığını dediyi bildirilir. 

Qeyd olunub ki, direktor məktəbə ayrılan su pulunu da öz bağçasına ayırıb. Nəticədə məktəbin suya xeyli borcu yaranıb. 

"O, işçiləri şantaj edir. Bütün günü ancaq özü ilə, piarı ilə məşğul olur, bütün günü şəkil çəkdirib mediaya yayır. Hazırda bütün kollektivin hüquqları pozulur. Yavaş-yavaş işçilər kolleci tərk etməyə başlayır. O, 44 günlük müharibədə iştirak edən oğlanların şəkillərini divardan götürüb. Dedi: Bura sizin üçün qəbiristanlıq deyil. İndi oranı özü üçün şənlik otağı edib. O, istədiyini edir", - deyə etirazçı pedaqoqlar əlavə edib.