Bakı -4˚C Mostly sunny

Burak Özdemirdən Qurban bayramında jest - VİDEO

Maraqlı 18:15 11 iyl, 2022

Məşhur aşbaz həmin görüntüləri tvitter hesabında paylaşıb

Burak Özdemirdən Qurban bayramında jest - VİDEO

CZN ləqəbli məşhur aşpaz və sosial media  fenomeni Burak Özdemir Qurban bayramında etdiyi gözəl hərəkətlə  gündəm olub. 

Sosial mediada və bütün dünyada xeyriyyəçiliyi və insanlara köməyi ilə tanınan CZN Burak Qurban bayramında afrikalı uşaqları ziyarət edib. Qurban bayramını Afrikada qeyd edən fenomen bütün uşaqlar üçün qovurma hazırlayıb, meyvələr, hədiyyələr paylayıb, uşaqlarla əylənərək onların  simalarında gülüşə səbəb olub. 
Burak Özdemir Qurban bayramında etdiyi bu jesti ilə diqqət çəkdi, milyonlarla insanın könlünə toxundu. Afrikalı uşaqlar isə məşhur aşbazı alqış yağışına tutdu.

Qazet.az həmin görüntüləri təqdim edir.