Bakı 30˚C Mostly sunny

Burcanadze də mitinqə qatıldı: Mişanın azadlığı üçün

Gündəm 01:59 24 okt, 2021

“Birlik və azadlıq naminə” adlı aksiya Batumidə axşam saatlarında keçirilib. Aksiyaya minlərlə insan qatılıb

Burcanadze də mitinqə qatıldı<span style="color:red">: Mişanın azadlığı üçün</span>

Gürcüstan parlamentinin sabiq rəhbəri, “Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadze Vahid Milli Hərəkat Partiyasının aksiyasına qatılıb.

Qazet.az xəbər verir ki, aksiyada N.Burcanadze Saakaşvilinin azadlığını və 30 oktyabrda keçiriləcək seçkilərin ikinci turunda VMHP-ni dəstəklədiyini nümayiş etdirib.

“Birlik və azadlıq naminə” adlı aksiya Batumidə axşam saatlarında keçirilib. Aksiyaya minlərlə insan qatılıb.

“İndi mübahisə və keçmişdəki təhqirləri yada salmaq vaxtı deyil. İndi düzü əyridən ayırmaq vaxtıdır. İndi birlik və birləşmək çağıdır”, - Burcanazde çıxışında deyib.

O bildirib ki, müxalifətin bütün aksiyalarında iştirak edəcək və VMHP-nin namizədlərini dəstəkləyəcək.

Qeyd edək ki, Burcanadze 2003-cü ildə Saakaşvilinin komandasında olub. O, eks-prezidentdən 2008-ci ildə fikir ayrılığına görə ayrılıb.(axar.az)