Bakı 15˚C Sunny

Bürclərə görə peşə seçimi - Kim hansı sahədə uğur qazana bilər?

Maraqlı 08:30 24 dek, 2022
Bürclərə görə peşə seçimi - Kim hansı sahədə uğur qazana bilər?

Bir işdə uğur qazanmaq üçün, onu sevməyiniz yetərli deyil. Buna uyğun bacarıq və xarakterinizin olması da mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, bu bir qayda olmasa da, əksər hallarda xarakterik özəlliklər işinizə ciddi təsir edən önəmli faktor olur.

Qazet.az bürclərə görə ən uyğun peşələri təqdim edir.
 

Qoç

Qoç bürcü astrologiyada gəncliyi təmsil edir. Hərəkətli və enerjili işlər ona görədir. Əsasən əsgər, mühəndis, professional idmançılar, siyasətçilər və televiziya sahəsində çalışan insanlar bu bürcdən olur.

Buğa

Buğa bürcləri istiqrarı sevirlər və hər şeyin konkret bilindiyi işləri seçirlər. Bu bürcdən olan insanlar əsasən mühasib, mühəndis, memar, inşaatçı, rəssam və müğənni olurlar. 

Əkizlər

İntellektual işlər və ünsiyyətlə əlaqəli sahələri sevirlər. Səyahətlə bağlı işlər, ticarətçi, müəllim, yazıçı, birjaçı, təcili yardım komandasında işləyənlərin bu bürcdən olduğu deyilir.

Xərçəng

Onlar üçün uşaqlar və ailə anlayışı əsasdır. Bu bürcün peşələri arasında restoran idarəçiliyi, dayəlik, bağça müdirliyi, müəllimlik, sosial müəssisə rəsmiləri, dənizçilik və dənizlə əlaqəli bütün peşələr, bağbanlıq və arxeoloq var.

Şir

Yüksək qazanc və nailiyyəti sevirlər. Bu bürcün insanları əsasən təşkilatçı, idarəçi, əmlakçı, dövlət işçisi, dizayner, ekskursiya rəhbəri və sənətçilər olur. Şir bürcündən olan insanlar öz işlərinin müdiri olmağı sevirlər.

Qız

Qız bürcü insanları mükəmməliyyətçi insanlardır. Bu bürcün əsas peşələri arasında müəllimlik, psixoloq, tibb bacısı, elm adamı, tərcüməçi, redaktor, texnik və mühasib yer alır.

Tərəzi

Bu bürcün insanları zərif, rahatlıqlarına düşkün və diplomatik davrana bilən insanlar olurlar. Onlar əsasən diplomat, rəqqas, gözəllik üzrə mütəxəssis, makiyaj ustası, sənətçi və yazar kimi peşələri seçirlər.

Əqrəb

Əqrəb bürcü insanları tələbkar, xırdaçı, araşdırmaq və təhlil etmək bacarığı yüksək olan insanlar olur. Onlar əsasən tədqiqatçı, psixoloq, fizik, cərrah, vəkil və elm adamı olurlar.

Oxatan

İdealist, maraqlı və öyrənməyi sevən insanlardır. Əsas seçdiyi peşələr vəkil, heyvan tərbiyəçisi, məşqçi, tərcüməçi, idarəçi, idmançı, dövlət məmuru və kəşfiyyatçı olur.

Oğlaq

Bu bürcdən olanlar iqtisadiyyatla daha çox maraqlanırlar. Seçdiyi peşələr bunlardır: bankçılıq, müəllimlik, idarəçilik, mühəndis, məmur, siyasətçi, riyaziyyatçı və polis.

Dolça

Hər şeydə düzgünlük axtaran insanlar olur bu bürcdən olanlar. Seçdiyi peşələr arasında fotoqraflıq, jurnalistlik, dizayner, musiqiçi, mühəndis, təsərrüfatçı, kəşfiyyatçı və ticarətçi var.

Balıq

Bu bürcə sənətçilərin bürcü də demək olar. Belə ki, sənətin hər növünə müraciət edirlər. Bu bürcün insanları musiqiçi, rəssam, yazıçı, aktyor, şair, dənizçi və fizyoterapevt olurlar.