Bakı 6˚C Showers

Burkina-Fasoda Fransa əleyhinə nümayiş keçirilib, qoşunların ölkədən çıxarılması tələb edilib

Xəbərlər 19:12 19 noy, 2022
Burkina-Fasoda Fransa əleyhinə nümayiş keçirilib, qoşunların ölkədən çıxarılması tələb edilib

Burkina-Fasoda Uaqaduqu əyalətinin paytaxtında fransız qoşunlarının Afrika ölkəsinin ərazisindən çıxarılması tələbi ilə nümayiş keçirilib.

Qazet.az xəbər verir ki, bu barədə "leFaso" portalı məlumat yayıb.

Etirazçılar Fransanın Uaqaduqudakı səfirliyi qarşısında toplaşaraq, səfirin ölkədən getməsini tələb ediblər. Səfirliyin mühafizəsi aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Nümayiş, həmçinin Fransanın xüsusi təyinatlı qüvvələrinin yerləşdiyi Kambuandakı hərbi-hava bazası yaxınlığında keçirilib.

Xatırladaq ki, sentyabrın 30-da bir qrup hərbçi polkovnik Pol-Henri Sandaoqo Damibanı ölkə Prezidenti vəzifəsindən uzaqlaşdırıb. Hakimiyyəti ələ keçirən hərbçilər hökumətin buraxıldığını, konstitusiyanın fəaliyyətinin və istənilən siyasi fəaliyyətin dayandırıldığını elan ediblər.

Oktyabrad terrorçu qruplara qarşı əməliyyatlarda iştirak edən 5 mindən çox fransız əsgəri yerləşdirilib.