"Bütün hərbi əsirlər Ermənistana qaytarılıb” - İlham Əliyev
Siyasət
12:02 30 sen, 2021
Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb

“Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb”.
Qazet.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində söyləyib.
"Biz onları hətta bizim hərbi əsirləri qaytarmazdan əvvəl qaytardıq", deyə dövlət başçısı əlavə edib.
İlham Əliyev hazırda Azərbaycanda saxlanılanların isə noyabr bəyannaməsi imzalandıqdan sonra Azərbaycan ordusuna qarşı cinayət törədən şəxslər olduğunu qeyd edib.
Bu barədə dövlət başçısı öz rəsmi tvitter səhfəsində paylaşıb.