Bakı 18˚C Mostly sunny

"Bütün ölkələr imkanlarını səfərbər etməlidir" - Lavrovdan Əfqanıstan çağırışı

Gündəm 02:40 12 sen, 2021

Sergey Lavrov dünyaya çağırış edərək Əfqanıstan qaçqın probleminin həlli üçün güclərin səfərbər olunmasını istəyib

"Bütün ölkələr imkanlarını səfərbər etməlidir" - <span style="color:red">Lavrovdan Əfqanıstan çağırışı</span>

Rusiya xarici işlər naziri Sergey Lavrov Əfqanıstanda yaranmış vəziyyətlə bağlı dünyaya çağırış edib.

Qazet.az TASS-a istinadən xəbər verir ki, bunu Lavrov bu gün Moskvada keçiriliən brifinqdə deyib.

“Əfqanıstanda baş verən son hadisələr nəticəsində yaranan qaçqın problemininin həlli üçün bütün ölkələr öz imkanlarını səfərbər etməlidir”.

O bildirib ki, Əfqanıstandakı hadisələrin humanitar nəticələri qorxuncdur:

“Qonşu ölkələrin torpaqlarına Əfqanıstandan qaçqın axınının artması təhdidi bizi narahat edir. Qaçqınların çoxu Avropaya keçməyə çalışır və dəvət edilmədikləri ölkələr üçün ciddi fəsadlar yaradacaq. Bu problem ən qısa zamanda həllini tapmalıdır.

Bunun üçün Əfqanıstandakı siyasətləri belə məyusedici nəticələrə səbəb olanlar olmaqla, bütün əlaqədar ölkələr imkanlarını səfərbər etməlidir”.