Bakı 24˚C Windy

Bütün pensiyalar bu tarixdə ödəniləcək

Biznes 16:19 13 noy, 2021

Pensiyaların verilmə tarixi açıqlanıb

Bütün pensiyalar bu tarixdə ödəniləcək

Respublika üzrə bütün pensiyaların noyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Qazet.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.