Bütün Ukraynada elektrik enerjisi kəsildi
Hadisə
01:26 06 dek, 2022
Rusiyanın raket hücumundan sonra fövqəladə vəziyyət səbəbindən Ukraynanın bütün bölgələrində elektrik enerjisi kəsilib.
Qazet.az xəbər verir ki, bu barədə “Ukrenergo” məlumat yayıb.
"Bu gün terrorçu ölkə tərəfindən bizim enerji obyektlərimizə səkkizinci kütləvi raket hücumu həyata keçirilib. Hazırda vəziyyət çətin, lakin nəzarət altındadır. Ukraynanın enerji sistemi öz bütövlüyünü qoruyub və kontinental Avropanın enerji şəbəkəsi ilə sinxron işləməyə davam edir”, - deyə bildirilib.