BVF Misirə kredit ayırıb
Xəbərlər
04:22 18 dek, 2022
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Genişləndirilmiş Maliyyələşdirmə Proqramı çərçivəsində Misirə 46 ay müddətinə 3 milyard dollar kredit ayrılmasını təsdiqləyib.
Qazet.az-ın məlumatına görə, bu barədə təşkilatın mətbuat xidmətinin şənbə günü yaydığı məlumatda deyilir.
Şuranın qərarına əsasən, Misir 347 milyon dollarlıq birinci tranşı dərhal alacaq. Yeni kredit xətti, sənəddə qeyd olunduğu kimi, Misir hökumətinə tədiyə balansının kəsirini ödəməyə kömək edəcək.
Fondun məlumatına görə, sazişin proqramı Misirə Körfəz ölkələri də daxil olmaqla beynəlxalq və regional tərəfdaşlardan 14 milyard dollar məbləğində əlavə maliyyə cəlb etməyə imkan verəcək.