Bakı 20˚C Sunny

Cabbarov sabiq müaşvirinə yeni vəzifə verdi

Gündəm 12:41 16 sen, 2021

İqtisadiyyat nazirindən yeni təyinat

Cabbarov sabiq müaşvirinə yeni vəzifə verdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov sabiq müaşvirinə yeni vəzifə verib.

Qazet.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Abdulla Tağıyevə nazirliyin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin direktor vəzifəsi həvalə edilib.

Bu ilin iyul ayında sözügedən MMC-nin direktoru vəzifəsindən azad edilən Fərid Cəfərov isə Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müaşviri təyin olunub.

Qeyd edək ki, Abdulla Tağıyev İqtisadiyyat naziri Mikayıl Cabbarovun Təhsil və Vergilər nazirliklərində müşaviri olub.