Cahit Bağcı koronavirusa yoluxdu
Cəmiyyət
18:14 02 apr, 2022
Səfirin sözlərinə görə, özü və həyat yoldaşının COVID-19 testi pozitiv çıxıb
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı koronavirusa yoluxub.
Qazet.az xəbər verir ki, bu barədə səfir "Twitter" səhifəsində bildirib.
Səfirin sözlərinə görə, özü və həyat yoldaşının COVID-19 testi pozitiv çıxıb.
C.Bağcı hazırda xəstəliyi ağır qrip şəklində keçirdiklərini qeyd edib: "Çox şükür durumumuz yaxşıdır. Vəziyyətimizlə yaxından maraqlanan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova və dərmanlarımızı göndərən Azərbaycan Səhiyyə Nazirliyinə təşəkkür edirik".