Bakı 7˚C Dreary

“Caliber”: “Avropa Azərbaycanı aldatmağa cəhd etdi” – VİDEO

Gündəm 23:20 20 okt, 2022
“Caliber”: “Avropa Azərbaycanı aldatmağa cəhd etdi” – VİDEO

Avropalılar Praqada əldə olunan razılaşmaları pozaraq, açıq şəkildə təxribata əl atdılar Ermənistana missiya göndərmək qərarında onun mandatı özbaşına şəkildə əhəmiyyətli dərəcədə genişləndirilib: “Bu qərar oktyabrın 6-da prezident Əliyev, baş nazir Paşinyan, prezident Makron və prezident Mişel arasında keçirilən dördtərəfli görüşdən sonra qəbul edilib və onun məqsədi Bu  regionda sülh və təhlükəsizliyin bərpası, etimadın yaradılması və  iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyası ”. Yəni, Avropa İttifaqı öz mandatına özbaşına “regionda sülh və təhlükəsizliyin bərpasını” daxil edib ki, bu da texniki monitorinq qrupunun deyil, tam hüquqlu sülhməramlı missiyanın mandatına uyğundur!

Qazet.az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalından yayımlanana yeni süjetində bildirilir.

“Təəssüf ki, avropalı bürokratların son əməlləri onların vədlərinin heç üzərində yazıldığı kağıza belə dəymədiyini göstərdi. Avropalı siyasətçilər Praqa razılaşmalarını pozaraq Ermənistanın Azərbaycanla sərhədinə göndərilən Aİ missiyasının səlahiyyətlərini özbaşına şəkildə genişləndirib, buraya tammiqyaslı sülhməramlı missiyaya aid olan “bölgədə sülhün və təhlükəsizliyin bərpasının təmin olunması yardım göstərmək” kimi bir müddəanı əlavə ediblər”, - deyə videomaterialda qeyd olunub.

Daha ətraflı “Caliber”in yeni süjetində: