“Caliber”: Mirzoyan İrəvanın qeyri-adekvatlığını təsdiqlədi – VİDEO
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının icrasından söz düşdükdə Ermənistan rəsmiləri özlərini qeyri-adekvat aparır, heç bir sağlam məntiqə sığmayan bəyanatlar səsləndirirlər.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilib.
“Bizim qonşularımız populizmdə əsl ustadırlar. Ermənistan rəsmiləri bir tərəfdən regionadakı kommunikasiyaların açılmasının lehinə çıxış edir, digər tərəfədən isə bu sahədə praktik işlərin görülməsinə hər fürsətdə mane olur. Onlar üçtərəfli sazişin 9-cu bəndində açıq şəkildə yazılmış müddəalara qarşı açıq şəkildə çıxış edə bilmədikləri üçün belə söz oyunları oynamaq, bəzi anlayışları dəyişdirmək yolunu seçiblər. Lakin artıq bu demaqoqiyaya son qoymağın vaxtı çatıb”, - deyə videomaterialda vurğulanır.
Daha ətraflı “Caliber”in yeni süjetində: