Canet Yellen: “Dövlət borcu tavanının artırılmasından imtina ABŞ üçün təhlükə yaradacaq”
“Konqres ölkənin dövlət borcu tavanının artırılmasını növbəti dəfə dəstəkləməsə, bu, Amerika Birləşmiş Ştatlarının maliyyə sistemi üçün böyük təhlükə yaradacaq”.
Qazet.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
“Əgər bu həyata keçirilməsə, bu, ölkə üçün nəhəng təhlükəyə çevriləcək. Amerikanın kredit reytinqini və dünyanın ən mühüm maliyyə bazarının fəaliyyətini təhlükə altına atmaq tamamilə məsuliyyətsizlikdir”-deyə, o bildirib.
Beləliklə, ABŞ Maliyyə Nazirliyinin rəhbəri aralıq seçkilərin nəticələrinə görə ABŞ Konqresinin yuxarı və aşağı palatalarına nəzarətin iki fərqli partiyaya keçə biləcəyi vəziyyəti şərh edib.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayının sonlarında ABŞ Prezidenti Cozef dövlət borcu tavanının 2,5 trilyon dollar artırılaraq 31,4 trilyon dollara çatdırılmasını özündə ehtiva edən qanunu imzalayıb.