Canni De Byazi "Beşiktaş"ın futbolçusunu Azərbaycanın əsas millisinə cəlb etmək istəyir
Gündəm
16:33 30 sen, 2021
65 yaşlı italiyalı mütəxəssis 18 yaşlı yarımmüdafiəçini əsas komandaya hazırlamaq niyyətindədir

Türkiyənin "Beşiktaş" klubunda çıxış edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Berkay Vardar əsas yığmanın baş məşqçisi Canni De Byazinin diqqətini çəkib.
Qazet.az-ın "Fotospor"a istinadən məlumatına görə, 65 yaşlı italiyalı mütəxəssis 18 yaşlı yarımmüdafiəçini əsas komandaya hazırlamaq niyyətindədir.
Qeyd edək ki, Berkay Vardar İstanbul təmsilçisinin heyətində Niderlandda "Ayaks"a 0:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununda debüt edib. O, 73-cü dəqiqədə Umut Meraşın əvəzinə meydana daxil olub.