Bakı 24˚C Sunny

Canni De Byazi: "Şimali Makedoniya yığmasının yaxşı futbolçuları var"

İdman 14:12 19 noy, 2022
Canni De Byazi: "Şimali Makedoniya yığmasının yaxşı futbolçuları var"

"Rəqib yaxşı komandadır. Onların keyfiyyətli oyunçuları var".

Qazet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis makedoniyalı bəzi futbolçuların Avropa klublarında çıxış etdiyini xatırladıb.

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldova seçməsinə 2:1 hesabı ilə qalib gəlib.