Bakı 27˚C Mostly sunny

CAR-da barda atışma olub, ölən və yaralananlar var

Gündəm 13:44 10 iyl, 2022

Atışma nəticəsində azı 14 nəfər həlak olub

CAR-da barda atışma olub, ölən və yaralananlar var

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində barda atışma baş verib.

Qazet.az xəbər verir ki, bu barədə "Agence France-Presse" yerli polisə istinadən məlumat yayıb.

Atışma nəticəsində azı 14 nəfər həlak olub.

Daha 10 nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.