CAR-ın keçmiş Prezidenti, Nobel Sülh Mükafatı laureatı vəfat edib
Frederik de Klerk 1989-1994-cü illərdə CAR-ın Prezidenti olub
Cənubi Afrika Respublikasının (CAR) sabiq Prezidenti, Nobel Sülh Mükafatı laureatı Frederik de Klerk vəfat edib.
Qazet.az xəbər verir ki, bu barədə Frederik de Klerk Fondu məlumat yayıb.
Bildirilib ki, sabiq Prezident 85 yaşında vəfat edib.
Qeyd edək ki, Frederik de Klerk 1989-1994-cü illərdə CAR-ın Prezidenti olub.
O, 1989-cu ildə Prezident olandan sonra ölkədəki bütün müxalif qüvvələrlə danışığa başlayıb. Daha sonra Frederik de Klerk müxalif düşərgənin həbsdə olan nümayəndələrinin sərbəst buraxılması ilə bağlı sərəncam imzalayıb. O, CAR-da hakimiyyətdə olan sonuncu ağ dərili Prezident olub. Onu bu postda Nelson mandela əvəzləyib.
Frederik de Klerk 1976-cı ildə ABŞ-a səfəri zamanı bu ölkədəki irqçiliyi belə təsvir etmişdi: “ABŞ-da bir ayda gördüyüm irqi ayrı-seçkilik CAR-da bir ildə baş vermir”.
1996-cı ildə de Klerk o vaxtkı Prezidenti Nelson Mandelanın viste-prezident vəzifəsindən istefa verib. 1997-ci ildə isə sədri və qurucusu olduğu Milli Partiyadan istefa verərək siyasi karyerasının başa vurdğunu elan etmişdi.