Kardi B Amerika Musiqi Mükafatlarında
Maraqlı
13:51 22 noy, 2021
Kardı B görünüşü ilə tamaşaçıları təəcübləndirib

2021-ci il Amerika Musiqi Mükafatlarının aparıcısı, rep ifaçısı Kardi B qeyri-adi görünüşü ilə hər kəsi təəcübləndirməyi yenə bacarıb.
Qazet.az xəbər verir ki, aparıcı “Schiaparelli”dən baş geyimi, o cümlədən, böyük qara örtüklü qara paltar və bütün üzünü örtən qızıl maska taxaraq görünüşü ilə marağa səbəb olub.
Kardi B şəkillərini instaqram səhifəsində paylaşıb.
Qeyd edək ki, Kardi və yoldaşı Offset 3 yaşlı qızı Kulture Kiarinin, həmçinin sentyabr ayında doğulan 11 həftəlik oğlunun valideynləridir.