Bakı 23˚C Sunny

Cari il Naxçıvanda 88,2 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulub

Gündəm 11:30 07 okt, 2021

Bu sahəyə 38 milyon 512 min 200 manat vəsait yönəldilib

Cari il Naxçıvanda 88,2 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulub

Naxçıvan Muxtar Respublikasında müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması məqsədilə 2021-ci ilin yanvar-avqust aylarında bu sahəyə 38 milyon 512 min 200 manat vəsait yönəldilib.

Bu barədə Qazet.az muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ümumilikdə, cari ilin yanvar-avqust aylarında muxtar respublikada 88,2 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulub.

Hazırda Naxçıvan şəhərində iki avtomobil yolunun, Şərur rayonunda Çərçiboğan, Dərvişlər, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx, Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar, Kürçülü-Kərimbəyli-Sədərək rayonunda Dəmirçi, Şərur rayonunda Maxta-Sədərək rayonunda Dəmirçi, Babək rayonunda Göynük, Araz, Ordubad rayonunda Vənənd-Pəzməri kənd avtomobil yollarının, Culfa şəhərində daxili avtomobil yolunun yenidən qurulması davam etdirilib.