Çarlz III Karl bir neçə ölkənin baş nazirini qəbul edib
Böyük Britaniya Kral III Çarlz 15 ölkədən 5-nin baş nazirləri ilə görüşüb.
Qazet.axəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Qeyd edilir ki, Əlahəzrət Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Kanadanın Baş naziri Castin Trüdo, Yeni Zelandiyanın Baş naziri Casinda Ardern, Avstraliyanın Baş naziri Entoni Albaneze, Yamaykanın Baş naziri Endryu Holness və Baham adalarının baş naziri Filip Devisdən başsağlığı qəbul edib.
Bundan əvvəl onlar 70 ildən artıq taxtda oturan Kraliça ilə vidalaşmaq üçün əsas zalında Ülyahəzrətin cənazəsi olan tabutun nümayiş olunduğu Vestminster sarayına baş çəkiblər. Baş nazirlər başsağlığı kitabına da qeydlər yazıblar.
Qeyd edək ki, bazar ertəsi kraliçanın dəfn mərasimində ümumilikdə dünyanın müxtəlif ölkələrindən 100-dən çox dövlət və hökumət başçısı iştirak edəcək.