Bakı 3˚C Partly sunny

Cavid Qurbanov Naxçıvana çəkilən dəmir yolundan danışdı

Gündəm 18:12 12 dek, 2021

Əsas məsələ bu dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsidir və bununla bağlı danışıqlar aparılır

Cavid Qurbanov Naxçıvana çəkilən dəmir yolundan danışdı

Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək dəmir yolunun Naxçıvan hissəsində hələlik layihələndirmə işləri gedir.

Qazet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əsas məsələ bu dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsidir və bununla bağlı danışıqlar aparılır.

"Bildiyiniz kimi, Ermənistan Dəmir Yolları 2038-ci ilə qədər Rusiyanın icarəsindədir. Hesb edirəm ki, bu daha da uzanacaq. Kommunikasiyaların açılmasına razılıq verildikdən sonra işlərə başlamaq olar", - deyə sədr əlavə edib.