Çavuşoğlu Azərbaycana səfərinin yekunları ilə bağlı paylaşım edib
Siyasət
00:07 06 mar, 2022
Nazir vurğulayıb ki, Türkiyə və Azərbaycan təbii mütəffiqdir
Türkiyinin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün tviter hesabında Azərbaycana martin 4 və 5-də baş tutan səfərinin yekunları ilə bağlı paylaşım edib.
Qazet.az xəbər verir ki, nazir bir daha “Azərbaycan səfərimiz” adı ilə paylaşdığı videogörüntülərdə Bakıda bu gün keçirdiyi rəsmi görüşlərdən bəhs edərək Şuşa Bəyannaməsinin Türkiyə və Azərbaycan parlamentləri tərəfindən təsdiqləndiyini qeyd edib.
Nazir vurğulayıb ki, Türkiyə və Azərbaycan təbii mütəffiqdir. Çavuğolu Ukraynadakı hadisələri narahatlıqla izlədiyini bildirərək Azərbaycan vətəndaşlarının bu ölkədən təxliyəsi üçün əməkdaşlığın davam edəcəyini önə çəkib.