Çavuşoğlu BMT Baş katibi ilə “Taxıl sazişi”ni müzakirə edib
Gündəm
19:37 22 noy, 2022
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mərakeşdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş ilə görüşüb.
Qazet.az xəbər verir ki, bu barədə İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, görüş zamanı Ukraynadakı son vəziyyət, İstanbulda imzalanan “Taxıl sazişi” və Suriya ilə Liviya da daxil olmaqla regional hadisələr müzakirə edilib.