Çavuşoğlu: “Erməni diasporu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasına qarşıdır”
Gündəm
20:22 09 okt, 2022
Fransadakı erməni diasporu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması prosesinə qarşıdır.
Qazet.az xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Strasburqda Türkiyə vətəndaşları ilə görüşündə deyib.
O qeyd edib ki, bu diasporun üzvləri yaxşı münasibətlərin qurulmasına qarşıdırlar və düşmənçiliyi dəstəkləyirlər. Nazir Fransada yaşayan soydaşlarını bu fenomenlə mübarizə aparmağa çağırıb.
M.Çavuşoğlu xatırladıb ki, Türkiyə-Amerika Koordinasiya Komitəsi də hər zaman erməni diasporunun Türkiyə və türk xalqına qarşı böhtanlarına qarşı uğurla mübarizə aparıb.