Bakı 8˚C Rain

Çavuşoğlu: "Hər kəsin gözü Türkiyədədir"

Xəbərlər 09:25 10 sen, 2022
Çavuşoğlu: "Hər kəsin gözü Türkiyədədir"

" Biz bütün güclərimizi birləşdirərək çalışmalıyıq ki, Ukrayna müharibəsi diplomatik yolla öz həllini tapsın. Bu məsələdə hər kəsin gözü Türkiyədədir"

Qazet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər Mövlud Çavuşoğlu deyib.

Qardaş ölkənin xarici işlər naziri söyləyib ki, hazırda hər kəsin ümidi məhz Türkiyədir:

"Ukraynada müharibə gedir. Suriyada müharibə bitməyib. İraqda da qarışıqlıq mövcuddur. Yəməndə də sular durulmayıb. Orada hələ də müharibə gedir. Liviyada qeyri-sabitlik davam edir. Biz də ətrafımızdakı problemlərin həlli üçün səylərimizi əsirgəməyəcəyik".