Çavuşoğlu: "Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq"
Xəbərlər
22:55 13 sen, 2022
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib.
Qazet.az xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu barədə tviter hesabında yazıb.
"Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda həyatını itirən Azərbaycan ordusunun qəhrəman şəhidlərinə başsağlığı, yaxınlarına səbr, qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq", - Çavuşoğlu sosial şəbəkə hesabında yazıb.